Ərdoğan Putinlə türk konvoyuna hücumu müzakirə edəcək

Dünya

22.08.2019 - 04:22

İdlib vilayətində türk hərbi konvoyuna edilən hücum barədə danışılacaq

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə İdlibdə türk hərbi konvoyuna hücumu müzakirə edəcək. AYNA Virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Xatırladaq ki, 2 gün öncə Suriya ordusu tərəfindən İdlib vilayətində türk hərbi konvoyuna edilən hücumda 3 nəfər mülki vətəndaş həlak olmuş, 12-si isə yaralanmışdı.

 

Onu da qeyd edək ki, Türkiyə Rusiya Federasiyası və İranla birlikdə 2011-ci ildən bəri silahlı qarşıdurmanın davam etdiyi Suriyada barışığın təminatçısıdır.

Müəllif: Ayna.az