Predraq Boşkoviç iş adamı Aleksandar Miyayloviçə qarşı aparılan istintaq çərçivəsində həbs edilib
Monteneqronun keçmiş müdafiə naziri və Sosialistlərin Demokrat Partiyasının sabiq deputatı Predraq Boşkoviç həbs olunub. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Predraq Boşkoviç prokurorluğun qərarı ilə Podqoritsa hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
O iş adamı Aleksandar Miyayloviçə qarşı aparılan istintaq çərçivəsində həbs edilib. Onunla yanaşı, keçmiş 3 polis əməkdaşı və bir prokuror saxlanılıb. Onların əmlaklarına həbs qoyulması barədə qərar çıxarılıb.