Jurnalistikanı atıb, yanğınsöndürənliyə başladı

Dünya

24.07.2019 - 19:04

“Jurnalistikanı hələ də sevirəm, lakin 20 ildən sonra həyatımda dəyişiklik etməyə qərar verdim”

 

 

Məşhur aparıcı Bekki Bar BBC-dəki vəzifəsindən istefa verərək, yanğınsöndürən kimi fəaliyyətə başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Lançester şəhərində yaşayan, 41 yaşlı xanım jurnalist 20 illik jurnalistika fəaliyyətinə son qoyub.

 

Bekki Bar atası Roy Barın peşəsini davam etdirmək qərarında olduğunu bildirib. “Jurnalistikanı hələ də sevirəm, lakin 20 ildən sonra həyatımda dəyişiklik etməyə qərar verdim”, - deyən Bar yeni işinə sentyabr ayında başlayacaq.

 

Qeyd edək ki, Bekki Bar jurnalistika fəaliyyətinə başladıqdan az sonra “Bloomberg” və CNBC kimi nüfuzlu media şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.

Müəllif: Ayna.az