Məscidi atəşə tutan terrorçu 21 il həbsə məhkum edilib

Dünya

11.06.2020 - 15:16

Terrorçuya Norveç məhkəməsi ən yüksək cəzanı layiq görüb

 

Norveçdə məscidə hücum edən terrorçuya 21 il həbs cəzası verilib. AYNA xəbər verir ki, Braum şəhərində yerləşən “Əl-nur İslam Mərkəzi”nin məscidinə atəş açan və onu saxlamağa çalışan bir nəfəri yaralayan terrorçu Flip Manşausa Norveç məhkəməsi ən yüksək cəzanı layiq görüb.

 

Məhkəmənin prokuroru Yohan Overberq müttəhimin cinayətə rəğmən peşman olmadığını, onun təhlükəli olduğunun sübut edildiyini, buna görə də ən ağır cəzaya məhkum olmasını tələb edib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxs 2019-cu ilin 10 avqustunda 17 yaşlı bacısını tüfənglə öldürəndən sonra məscidə hücum etmişdi. Hadisə zamanı məsciddə olan 3 nəfər xilas ola bilsə də, təcavüzkarın qarşısını almağa çalışan bir nəfər yaralanmışdı.

Müəllif: Ayna.az