Rusiyalı nazirlərin səfəri diplomatik təmaslar çərçivəsində baş tutacaq
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu sabah diplomatik təmaslar çərçivəsində Türkiyəyə səfər edəcəklər. AYNA bu barədə xarici mətbuata istinadən məlumat verir.
Məlumatda qeyd edilib ki, rusiyalı nazirlər Ankarada Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu və Milli Müdadiə naziri Hulusi Akarla görüşəcəklər. Müzakirələrin detalları açıqlanmayıb.