Nazirdən NATO-ya xəbərdarlıq

Dünya

19.07.2019 - 06:12

"F-35 proqramından çıxarılmağımız NATO-nun xüsusilə cənub qanadında fəaliyyət imkanlarına mənfi təsir göstərəcək". AYNA axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

 

“Türkiyənin birtərəfli və ədalətli olmayan bir qərarla layihələrdən və ortaq fəaliyyətdən çıxarılmasının hüquqi amillərə söykənmədiyi məlumdur. ABŞ-ın strateji əlaqələrimizə zərər verə biləcək addımlardan çəkinməsini gözləməyimiz ən təbii haqqımızdır”.

 

Ərbildə türk diplomatın öldürülməsi ilə bağlı danışan nazir onu da əlavə edib ki, bu olaydan sonra Qəndildə son günlər separatçı terror qruplaşmalarına ağır zərbələr endirilib.

Müəllif: Ayna.az