Larisa İqnatyeva vəfat edən əri haqqında: “Həyatı çox sevirdi”

Dünya

21.06.2020 - 21:26

Həkimlər Klinikalar SEO Xidməti

“Həyatın iplərini tutdu, amma nəticə vermədi”

 

Çuvaşiyanın keçmiş rəhbəri Mixail İqnatyevin xanımı Larisa İqnatyeva ərinin ömrünün son günlərindən danışıb. AYNA Rusiya mətbuatına istinadən bildirir ki, o, ərinin dəfn mərasimində çıxış edib.

 

“Həyatı çox sevirdi, həqiqətən yaşamaq istəyirdi. Son vaxtlara qədər bu həyatın iplərini tutdu, amma nəticə vermədi”, - deyə xanım İqnatyeva qeyd edib.

 

Onun sözlərinə görə, əri həmişə insanlara kömək etməkdən xoşbəxt olub.

 

Qeyd edək ki, M.İqnatyev bu gün Çeboksarydakəı ən qədim qəbiristanlığında dəfn edilib. Onunla vida mərasimi şəhərdə saraylardan birində keçirilib. Yüzlərlə Çuvaşiya sakini dəfn mərasiminə qatılıb. Mərasimdə Çuvaşiyanın yeni rəhbəri Oleq Nikolaev də iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş