İsti hava səbəbindən ABŞ-ın 250 illik Müstəqillik Günü paradı ləğv edilib

Dünya

04.07.2026 - 16:33

Təşkilatçılar hava şəraitinin ətraflı qiymətləndirilməsindən sonra tədbiri ləğv etdiklərini açıqlayıblar

250 illik yubiley paradının Vaşinqton şəhər mərkəzinə minlərlə insanı cəlb etməsi planlaşdırılırdı, lakin təhlükəli isti hava səbəbindən ləğv edilməli olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Tədbirin 4 iyul şənbə günü yerli vaxtla saat 10:30-da keçirilməsi planlaşdırılırdı. Lakin ABŞ Milli Hava Xidməti Vaşinqton üçün həddindən artıq isti xəbərdarlığı edib.

Paytaxtda istilik indeksinin 110-115 dərəcə “Farenheyt” və ya təxminən 43-46 dərəcə Selsiyə çatacağı proqnozlaşdırılır. Bu indeks yalnız hava temperaturunu deyil, həm də rütubəti də göstərir ki, bu da istiliyi daha da artıra bilər.

Təşkilatçılar hava şəraitinin ətraflı qiymətləndirilməsindən sonra tədbiri ləğv etdiklərini açıqlayıblar. Onlar iştirakçıların, tamaşaçıların və işçilərin təhlükəsizliyinin onların əsas prioriteti olduğunu vurğulayıblar.

"Bu qərar vəziyyətin hərtərəfli araşdırılmasından sonra qəbul edildi. Burada iştirakçıların, tamaşaçıların və işçilərin təhlükəsizliyi əsas prioritet idi", - deyə vurğulanıb.

Təhlükəli istilik dalğası ABŞ-ın böyük bir hissəsini bürüdü. ABŞ Hava Proqnozu Mərkəzinin məlumatına görə, cümə günü Kanzasdan Menə qədər 197 milyondan çox insan üçün həddindən artıq istilik xəbərdarlıqları və ya təhlükəsizlik tövsiyələri qüvvədə olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş