Nəqliyyat vasitəsində 48 sərnişin olub
Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində avtobusun dərin xəndəyə düşməsi nəticəsində 40 nəfər ölüb, səkkiz sərnişin yaralanıb. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pakistanın xilasetmə xidmətlərindən bildirilib.
Avtobus əyalətin mərkəzi Kvetta ilə paytaxt İslamabad arasında reys yerinə yetirirmiş.
Xilasetmə xidmətinin məlumatına görə, nəqliyyat vasitəsində 48 sərnişin olub.