Uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb
Qazax rayonunun Bala Çaylı kəndində 14 yaşlı uşaq göldə batıb. AYNA.AZ xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Qazax rayonunun Çaylı kənd sakini, 2012 ci il təvəllüdlü Sadıqov Murad Mehdi oğlu yaşadığı kəndin ərazisindən axan Coğaz çayının ətrafında yaranmış göldə çimmək istəyərkən suda batıb.
M.Sadıqov xəstaxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.