Tehran: Heç bir hərbi texnikamız vurulmayıb

Dünya

19.07.2019 - 15:44

Trampın İrana məxsus PUA-nın vurulması barədə açıqlaması təkzib olunur

 

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı “USS Boxer” hərbi gəmisinə yaxınlaşmaq istəyən pilotusuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Trampın PUA-nın İrana aid olduğunu deyib.

 

İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı isə bu xəbəri təkzib edib: “ABŞ öz PUA-sını vurmuş ola bilər. Bizə aid heç bir texnikaya qarşı hücum baş verməyib”.

 

İran Prezidentinin hərbi məsələlər üzrə müşaviri Ədülfəzl Şəkərçi də məsələyə reaksiya verib: “Körfəzdə və Hörmüz boğazında fəaliyyət göstərən bütün PUA-lar işlərini bitirdikdən sonra, heç bir zərər görmədən hərbi bazaya geri dönüb”.

Müəllif: Ayna.az