Azərbaycan nümayəndə heyəti Xameneyinin vida mərasimində iştirak edəcək

Xəbərlər

03.07.2026 - 16:28

Nümayəndə heyəti Tehrana gedib: onları hava limanında İran rəsmiləri qarşılayıb

Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin vida mərasimində iştirak etmək üçün Tehrana gedib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Xatırladaq ki, Seyid Əli Xameneyi 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Əli Xameneyinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xameneyi öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş