İran Prezidenti müraciətində xalqı dəfn mərasimində hamılıqla iştiraka səsləyib
Bu gün İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneyi ilə vida mərasimi başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, mərasimdə 100-dən çox dövlətin təmsilçisi, 600 xarici jurnalist iştirak edəcək.
İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, sabiq Ali Rəhbərlə vidalaşmaq üçün Çin, Rusiya, Türkmənistan, Gürcüstan, Pakistan, İndoneziya, Hindistan, Kuba və digər ölkələrdən yüksəksəviyyəli nümayəndələr gələcəklər.
Tehranın Böyük Müsəlləh məscidində keçirilən mərasimdə milyonlarla insanın iştirak edəcəyi gözlənilir. Mərasimə İranda yaşayan dini və etnik azlıqların rəhbərləri də qatılacaqlar.
İran Prezidenti Məsud Pezeşkian televiziya müraciətində xalqı dəfn mərasimində hamılıqla iştiraka səsləyib.
İranın mədəniyyət və islam irşad naziri Abbas Salehi bildirib ki, bir həftə davam edəcək mərasimdə 15-20 milyon insan iştirak edəcək.
0Tehranda keçirilən vida mərasimi başa çatdıqdan sonra İraqın Kərbəla, Nəcəf, Kufə şəhərlərində də kütləvi mərasimlər keçiriləcək. Bütün mərasimlər başa çatdıqdan sonra iyulun 9-da cənazə Məşhəd şəhərinə gətirilərək torpağa tapşırılacaq.