Moldovanın Baş naziri istefa verib

Dünya

03.07.2026 - 12:33

“Harada yaşamağımdan və yerinə yetirdiyim vəzifələrdən asılı olmayaraq ölkəmə xidmət etməyə davam edəcəyəm"

Moldova Baş naziri Aleksandru Muntyanu istefa verdiyini açıqlayıb. AYNA.AZ Moldova mediasına istinadən bildirir ki, o bu barədə sosial media hesabında yazıb.

"Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və vəziyyətin yaxşılaşdırılmasına töhfə verə biləcəyimə dair qəti inamla qəbul etdim. Artıq mandatımı müdafiə etdiyim prinsiplərə və inanclara uyğun olaraq yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim. Harada yaşamağımdan və yerinə yetirdiyim vəzifələrdən asılı olmayaraq - istər dövlət, istərsə də özəl sektorda - ölkəmə xidmət etməyə davam edəcəyəm", - deyə o bildirib.

Muntyanu 1 noyabr 2025-ci ildə Moldovanın Baş naziri olub. Prezident Maya Sandu 24 oktyabr 2025-ci ildə onun bu vəzifəyə namizədliyini irəli sürən fərman imzalayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş