Gürcüstanda dəmir yollarında polis xidməti fəaliyyətə başlayıb

Dünya

04.07.2026 - 12:48

Təhlükəsizlik Polisi İdarəsi ölkə üzrə 76 obyektdə fəaliyyət göstərəcək

Gürcüstanda ilk dəfə olaraq sərnişin qatarlarında sərnişinlərin təhlükəsizliyi polis tərəfindən təmin olunacaq. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, Təhlükəsizlik Polisi İdarəsi ölkə üzrə 76 obyektdə fəaliyyət göstərəcək.

Qurumun 818 əməkdaşı strateji əhəmiyyət daşıyan dəmir yolu körpülərinin, tunellərin, depoların, dəmir yolu stansiyalarının və digər infrastruktur obyektlərinin mühafizəsini sutka ərzində fasiləsiz həyata keçirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş