Birinci Qarabağ müharibəsinin itkin-şəhidinin qalıqları Ucarda dəfn edilib

Xəbərlər

03.07.2026 - 15:23

Vida mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib

Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Dəyanət Salik oğlu Musayevin nəşinin qalıqları bu gün doğulduğu Ucar rayonunun Boyat kəndində ailəsinə təhvil verilib.

AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, kənddə keçirilən vida mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib.

Vida mərasimindən sonra şəhid Dəyanət Müsayevin qalıqları doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Dəyanət Müsayev 1973-cü ildə Ucar rayonu, Boyat kəndinə doğulub. 1994-cü ilin fevralında Murovdağ silsiləsində itkin düşüb.

Onun qalıqları itkin düşdüyə ərazidə aşkar edilib. Ekspertiza nəticələri təsdiqləndikdən sonra bu barədə ailəyə rəsmi məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş