Bəstəkar Ukrayna pasportunu saxlayIB
Müğənni, bəstəkar və musiqi prodüseri Konstantin Meladze Ukrayna pasportunu saxlayaraq Gürcüstan vətəndaşlığını alıb. AYNA.AZ xəbər verir ki, məlumatı “Russia Today”ın “Telegram” kanalı Gürcüstan Daxili İşlər Nazirliyindəki (DİN) mənbəyə istinadən yayıb.
Qeyd olunub ki, rəsmi Tiflis tək vətəndaşlıq prinsipini tanıyır. İstisnalar Gürcüstan hakimiyyətinin ikili vətəndaşlığa razılıq verdiyi hallardır.
Nəşr bildirir ki, "Gürcüstan belə bir razılıq barədə məlumat verməyib".
“SHOT” “Telegram” kanalı 2025-ci ildə Rusiyanı tərk edən Meladzenin ölkədə 100 milyon rubl qazandığı məlumatını yaymışdı.