İsrail ordusu Qüdsdə anti-terror əməliyyatı keçirib

Dünya

02.08.2019 - 18:55

İsrail həbsxanalarında  5000-dən çox fələstinlinin olduğu vurğulanıb

 

İsrail mətbuatının yaydığı xəbərə görə, “terrora dəstək vermə” səbəbi ilə İsrail ordusu 14 nəfər fələstinlini nəzarətə götürüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusu müxtəlif səbəblərdən Qərbi Şəriyədə və Şərqi Qüdüsdə yaşayan fələstinlilərin həbsinə başlayıb.

 

Qadın və uşaqlar da daxil olmaqla bir çox fələstinlinin həbs olunduğu qeyd olunub.

 

Rəsmi Fələstin mənbələrinin verdiyi açıqlamada isə İsrail həbsxanalarında 500-dən çox inzibati, 220-dən çox uşaq da daxil olmaqla 5000-dən çox fələstinlinin olduğu vurğulanıb.

Müəllif: Ayna.az