Ermənistanın Baş naziri beynəlxalq sərgidə iştirak edəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək INNOPROM-2026 beynəlxalq sənaye sərgisində iştirak edəcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Baş nazir forumun natiqlər siyahısına daxil edilib.
Həmçinin Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev də natiqlər siyahısındadır.
INNOPROM-2026-nın əsas mövzusu "Sənaye 360: Sərhədsiz İstehsal" olacaq.