Aksiyalarda on nəfərdən çox adam saxlanılıb, bir nəfər yaralanıb
İsrailin bir neçə şəhərində hökumət əleyhinə aksiyalar keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, dünən axşam saatlarında baş tutan aksiyalarda on nəfərdən çox adam saxlanılıb, bir nəfər yaralanıb.
Ölkənin “Haaretz” qəzetinin yazdığına görə, beş mindən çox insan şənbə günü axşam Baş Nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısına toplaşıblar. Bundan əlavə, Təl-Əvivdə və Qeysəriyyədə də Baş Nazirin evinin yaxınlığında etiraz aksiyaları keçirilib.
İsrail polisindən verilən məlumata görə, aksiya başa çatdıqdan sonra iştirakçıların hamısı könüllü şəkildə dağılışıb.
Mətbuatda isə polisin aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə etdiyi bildirilir.
“Jerusalem Post” isə xəbər verir ki, nümayişçilərdən biri bıçaqla hücuma məruz qalıb və yüngül xəsarət alıb.