Qadağa tranzit uçuşları həyata keçirən əcnəbilərə də şamil olunur
İsrail hökuməti koronavirus pandemiyası dövründə xarici dövlət vətəndaşlarının ölkə ərazisinə girişinə qoyulan qadağanı uzadıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, iyulun 1-də başa çatan qadağa avqustun 1-dək uzadılıb.
Qadağa tranzit uçuşları həyata keçirən əcnəbilərə də şamil olunur. Ölkəyə girişə qoyulan qadağa İsrailin Səhiyyə Nazirliyinin və Əhali və İmmiqrasiya məsələləri üzrə İdarənin xüsusi icazəsini almış şəxslərə aid edilməyəcək.