Uyğurların kütləvi həbsinə reaksiya
Çin uyğurlara yönəlik basqıları ilə beynəlxalq hüquq normalarını pozur. AYNA axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter mikrobloqunda yazıb.
“Sintzyan-Uyğur Muxtar rayonunda uyğurların kütləvi həbsi və itkin düşməsi ilə bağlı etibarlı hesabatlar gəlməkdədir. Çinə beynəlxalq hüquq normalarına və öz konstutision quruluşuna zidd bu addımlara son verməklə bağlı çağırışımı yeniləyirəm”, - deyə Dövlət katibi bildirib.