Donald Tramp: "Hər iki tərəfin niyyəti yaxşıdır"
ABŞ prezidenti Donald Tramp Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıdığını, Suriyada atəşkəslə bağlı müzakirələr apardıqlarını yazıb.
AYNA APA-ya istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Ərdoğan qeyd edib ki, Suriyanın şimal-şərqində kiçikölçülü snayper və minaatanlardan atəşlər qısa müddətdə dayandırılıb.
Tramp əlavə edib ki, Ərdoğan atəşi dayandırmaq və fasilə vermək istəyir: "Hər iki tərəfin niyyəti yaxşıdır və bu uğur əldə etmək üçün yaxşı bir fürsətdir”.
Prezident Ərdoğan Trampa deyib ki, bəşəriyyətin düşməni olan terrorizmin öhdəsindən gəlsək, daha çox insanın həyatını xilas edəcəyik: “Əminəm ki, birgə səyimiz bölgədə sülh və sabitlik yaradacaq.”