Tiflis Cənubi Osetiya ilə bağlı qərar verib

Dünya

03.09.2019 - 08:13

 Cənubi Osetiyadakı etirazlardan sonra da qərar dəyişməyəcək

 

Gürcüstan tərəfi Cənubi Osetiya sərhədindəki postu götürməkdən qəti şəkildə imtina edib. AYNA axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin İnformasiya və Analitika Departamenti sədrinin müavini İrakliya Antadze mətbuata açıqlmasında deyib.

 

O bildirib ki, hökumət Çorçana kəndi yaxınlığında postu götürməkdən imtina edib və qərarını dəyişmək fikri yoxdur.

 

Antadze qeyd edib ki, hətta Cənubi Osetiyadakı etirazlardan sonra da qərar dəyişməyəcək.

Müəllif: Ayna.az