Çində İkinci Dünya Müharibəsinə aid 186 bomba tapılıb

Dünya

24.10.2019 - 21:48

II Dünya Müharibəsinə aid bomba tapılıb

 

Çinin Monqol Muxtar Vilayətinin sərhəd idarəsi İkinci Dünya Müharibəsinə aid 139 ədəd əl bombası, 186 ədəd bomba və 47 döyüş ləvazimatı aşkar edib. AYNA xəbər verir ki, bu barədə ölkənin "Şinşua" xəbər agentliyi məlumat yayıb.

 

Sərhəd idarəsi komandasının rəhbəri Hu bildirib ki, 2011-ci ilin may ayında da eyni bölgədən ikinci dünya müharibəsinə aid Yaponiya ordusunun topları aşkar olunmuşdu. 

 

Partlayıcıların qruplar tərəfindən məhv edildiyi bildirilib.

 

Müəllif: Ayna.az