İranda toyda 40 nəfər koronavirusa yoluxub

Dünya

10.06.2020 - 15:48

Toy sahibləri barədə qanuni tədbir görüləcək

 

İranda toyda iştirak edənlərdə koronavirus aşkarlanıb.AYNA xarici mətbuata istinadən bildirir ki, hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl rayonunda baş verib.

 

Toyda iştirak edən 118 nəfərdən koronavirus testi götürülüb, onların 40-nın test nəticəsi pozitiv çıxıb. Toy və yas mərasimlərinin koronavirusa kütləvi yoluxmaya səbəb olacağına görə, sözügedən rayonda bu tip tədbirlər təşkil edənlər, toy sahibləri barədə qanuni tədbir görüləcək.

Müəllif: Ayna.az