İbrahim Qalın: “Rusiyadan razılıqla geri dönəcəyimizə ümid edirəm”

Dünya

05.03.2020 - 07:34

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidentinin mətbuat katibi Rusiya ilə razılıq əldə olunacağına ümid etdiyini bildirib 

 

“Suriyada atəşkəsin təmin olunması ilə bağlı qətiyyətli mübarizəmiz davam edəcək”.

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə, Rəcəb Tayyib Ərdoğanın nazirlərlə birgə keçirdiyi kabinet toplantısından sonra prezidentin mətbuat katibi İbrahim Qalın bu fikirləri bildirib.

 

İbrahim Qalın deyib ki, Türkiyə prezidentinin rəhbərli ilə sabah Moskvaya gedən heyətin Rusiyadan razılıq əldə edərək geri dönəcəyinə ümidlidir.

 

Əsəd rejiminin aprel ayında Suriyada keçiriləcək Prezident seçkilərinə fikir bildirən İbrahim Qalın deyib ki, bu seçki prosesinin qanuni keçiriləcəyini gözləmir: “Budəfəki seçkinin keçəndəfəki qanunsuz seçkidən heç bir fərqi olmayacağını bir daha ifadə edirəm”. 

 

“Türkiyə Avropa ilə sərhəddəki keçid məntəqələrini miqrantlar üçün nə zamana qədər açıq tutacaq” sualına Qalın cavab verib ki, bu Avropanın davranışından asılıdır: “Avropalıların insan haqları haqda fikirləri ilə əməlləri düz gəlmir. Bu onların miqrantlara qeyri-insani münasibətlərindən açıq-aşkar görünür. Prezidentimizin açıq qapı siyasəti ilə yüz minlərlə insana qapılarımızı açdıq, amma ölkəmizin də qaçqınlarla bağlı tutumunun bir həddi var. Avropa miqrantlara sərhədlərini nə qədər qapalı tutacaqsa, onlara insancasına davranmayacaqsa, bu problem həllini tapmayacaq. Türkiyəyə verilən vədlər yerinə yetirilməlidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş