PKK/YPG yeni terror aktları törətmək üçün fürsət axtarır

Dünya

04.11.2019 - 13:38

"Terror ikili standartlarla öhdəsindən gəlinə biləcək bir təhdid deyil”

 

“Tel Abyaddakı terror aktı PKK/YPG-nin əsl simasını və terror təşkilatlarına dəstək verməyin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirib”.

 

AYNA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” hesabında yazıb.

 

O, 13 nəfərin həlak olduğu və çox sayda insanın yaralandığı terror aktını pisləyib: "Məlum olduğu kimi, terror təşkilatı ilə əməkdaşlıq etmək onu terrorizmdən yayındırmır, əksinə yeni terror aktları törətməyə təşviq edir. Terror təşkilatı ilə əməkdaşlıq bu cinayətkar qruplaşmaya daha çox qanlı terror aktları törətmək imkanı verir".


"Xarici qüvvələrdən aldığı dəstəklə legitimlik əldə etməyə çalışan PKK/YPG yeni terror aktları törətmək üçün fürsət axtarır. Tel Abyadda törədilen terror aktı PKK/YPG-nin bilinən terror üsullarını davam etdirdiyini göstərir. Terror təşkilatını dəstəkləyənlər bu və gələcəkdə baş verə biləcək oxşar terror aktlarına görə məsuliyyət daşıyırlar", - deyə F.Altun vurğulayıb.
 

Türkiyəli rəsmi həm sərhədləri daxilində, həm də xaricində terror təşkilatına qarşı mübarizədə qətiyyətli olduqlarını vurğulayıb: "PKK/YPG-ni qanuniləşdirməyə çalışanlar özlərini terror aktı qurbanlarının yerinə qoymalıdır. Terror ikili standartlarla öhdəsindən gəlinə biləcək bir təhdid deyil”.

Müəllif: Ayna.az