Kanadada təyyarə gölə düşüb

Dünya

28.10.2019 - 07:32

Kanadada qəzaya uğrayan təyyarənin göyərtəsində 3 nəfər olub

 

Kanadanın Manitoba əyalətində kiçikhəcmli təyyarə qəzaya uğrayıb. AYNA APA-ya istinadən xəbər verir ki, təyyarə gölə düşüb və 3 nəfər itkin düşüb.

 

İnsident əyalətin mərkəzi Vinnipeqa şəhərindən 280 km şimal-şərqdə qeydə alınıb. Şahidlərin sözlərinə görə, təyyarə ağaca dəyib, daha sonra suya düşüb. Göyərtədə 3 nəfərin olduğu deyilir.

 

Xilasedicilər artıq təyyarənin qalıqlarını aşkar ediblər. Hazırda həmin 3 nəfərin axtarışları aparılır. Axtarış işlərinə dalğıclar da cəlb olunub.

 

Müəllif: Ayna.az