Avropa İttifaqından qeyri-avropalılarla bağlı sərt qadağa

Dünya

12.07.2019 - 18:20

Aİ ölkələrinin vətəndaşı olmayan 471 min nəfərin İttifaq ərazisinə daxil olması qadağan edilib

 

Avropa İttifaqı (Aİ) 2018-ci ildə İttifaqa daxil olan ölkələrin vətəndaşı olmayan 471 min nəfərin bu ölkələrə girişinə qadağa qoyub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Avropa Statistika Komitəsi (Eurostat) miqrasiya qanunvericiliyi ilə bağlı yeni dəyişiklikləri açıqlayıb.

 

Məlumata əsasən, Aİ ölkələrinin vətəndaşı olmayan 471 min nəfərin Aİ ərazisinə daxil olması qadağan edilib. 2018-ci ildə Aİ ərazisində 602 min nəfərin qeyri-qanuni məskunlaşdığı müəyyənləşdirilib. 478 min insana hal-hazırda yaşadığı ölkəni tərk etməsi ilə bağlı xəbərdarlıq edilib.

 

Qeyd edək ki, ötən il Almaniyada 134100, Fransada 105900, Yunanıstanda 93400, İspaniyada 78300 nəfərin qeyri-qanuni yaşadığı təsdiq edilib.

Müəllif: Ayna.az