Fransada böyük narahatlıq yaşanır, Makron müharibəyə “yox” dedi

Dünya

25.06.2019 - 16:12

Emmanuel Makron: “ABŞ ilə İran arasında baş verən hadisələr bizi çox narahat edir”

 

Fransa Prezidenti Emmanuel Makron, Aralıq dənizi ölkələri forumunda ABŞ-la İran arasındakı gərginlikdən danışıb. AYNA Fransa mətbuatına istinadən xəbər verir ki, Makron heç bir halda müharibəni dəstəkləmədiklərini bildirib və hər iki tərəflə dialoqa çağırıb.

 

“ABŞ ilə İran arasında baş verən hadisələr bizi çox narahat edir. Bu gərginlik son bir neçə həftədə daha da güclənir. Biz İranın nüvə proqramını dəstəkləyirik. Hər iki tərəflə dialoq qurmağa çalışırıq” – deyə Fransa lideri vurğulayıb.

 

Qeyd edək ki, ABŞ-la İran arasında son bir neçə ayda yaşanan gərginlik, hər iki ölkə rəhbərlərinin bir-birinə qarşı hədələyici sözlərindən sonra daha da kəskinləşib. Ötən həftə İran ABŞ-a aid pilotsuz uçuş aparatını vurduqdan sonra, ABŞ tərəfi İrana hücum qərarı aldığını, lakin son anda bu qərardan daşındığını açıqlamışdı.

Müəllif: Ayna.az