Hələbin şimalında silahlı qarşıdurma olub

Dünya

07.10.2025 - 08:45

Suriya ordusunun 3 hərbçisi həlak olub

Kürd yaraqlılardan ibarət Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının bölmələrinin Hələbin şimalındakı Əşrəfiyə və Şeyx Məqsud bölgələri ətrafında hökumət qüvvələri tərəfindən yaradılmış nəzarət-buraxılış məntəqələrinə atəş açması nəticəsində 3 əsgər və bir mülki şəxs həlak olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl kürdlər Əşrəfiyə və Şeyx Məqsudda kütləvi etiraz aksiyaları keçirərək, hakimiyyətdən 500 min insanın yaşadığı kürd bölgələrində mühasirəni dərhal ləğv etməyi tələb ediblər.

Onlar SDQ-ni Hələbin kürd əhalisini qorumağa çağırıblar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş