BMT Səudiyyə Ərəbistanının cəzalandırılmasına çağırış edir

Dünya

19.06.2019 - 16:22

“Səudiyyə Ərəbistanı diplomatik qaydaları pozduğu üçün Türkiyədən üzr istəməli, ABŞ Qaşıqçı cinayətini araşdırmaq üçün hərəkətə keçməlidir”

 

BMT, Türkiyənin İstanbul şəhərində qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı hesabatını tamamlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda, Səudiyyə Ərəbistanının diplomatik qaydaları pozduğu üçün Türkiyədən üzr istəməli olduğu bildirilir.

 

“ABŞ Qaşıqçı cinayətini araşdırmaq üçün hərəkətə keçməli, Federal Təhqiqatlar Bürosu istintaq başlatmalıdır. Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi və digər yüksəf vəzifəli şəxslər istintaqa cəlb edilməlidir” – deyə sənəddə vurğulanır.

 

Qeyd edək ki, ötən il oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilib. Türkiyə və ABŞ bu qətldə Səudiyyə hakimiyyətini təqsirləndirir.

 

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl Cubeyr hadisə ilə bağlı belə açıqlama verib: “Qaşıqçının ölümü dəhşətli hadisədir. Bu, bir səhv idi”.

Müəllif: Ayna.az