Çavuşoğlu Stoltenberqlə görüşüb
Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Jens Stoltenberq arasında fövqaladə görüş baş tutub.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən görüş Türkiyə Prezidentinin iqamətgahında keçirilib.
Çavuşoğlu bildirib ki, Stoltenberqin ziyarəti çoxdan planlaşdırlmışdı.
Lakin Türkiyənin təhlükəsizliyini təmin etmək məqsədi ilə başlayan “Sülh çeşməsi” hərəkatının kritik bir zamanda reallaşması bu görüşün vaxtının dəyişməsinə səbəb oldu: “Bu əməliyyat NATO-nun cənub-şərq sərhədlərini təşkil edən milli sərhədlərimizdə yaranan terror təhlükəsinə son qoymaq məqsədi daşıyır. Bu baxımdan “Sülh çeşməsi” ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir.