Gürcüstan aviauçuşların bərpasını təxirə salıb

Dünya

28.06.2020 - 19:26

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Həm regionda, həm də dünyada epidemioloji vəziyyəti birmənalı qiymətləndirmək olmaz”

 

Gürcüstan beynəlxalq aviauçuşların bərpasını təxirə salıb. AYNA gürcü mətbuatına istinadən bildirir ki, səbəb ölkənin hələlik eyni vaxtda müxtəlif ölkələrdən gələcək sərnişinləri qəbul etməyə hazır olmamasıdır.

 

Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava açıqlamasında deyib ki, Gürcüstan iyulun 1-dən beynəlxalq aviauçuşları bərpa etmək niyyətində idi: “Lakin koronavirusla bağlı mövcud vəziyyət səbəbindən bu qərarın icrası daha bir ay təxirə salındı. Həm regionda, həm də dünyada epidemioloji vəziyyəti birmənalı qiymətləndirmək olmaz. Bir çox ölkələr beynəlxalq aviareysləri qəbul etməyə hazır deyil”.

 

“Hazırda çarter reyslər həyata keçirilir və artıq üç marşrut müəyyən olunub”, - deyə Turnava qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş