ABŞ-ın energetika naziri istefa verib

Dünya

18.10.2019 - 06:27

Rik Perri istefa verib 

 

ABŞ-ın energetika naziri Rik Perri vəzifəsindən istefa verib.

 

AYNA xəbər verir ki, o, istefasının qəbul olunması ilə bağlı ABŞ prezidenti Donald Trampdan xahiş edib.

 

Ölkənin Energetika Nazirliyinin başçısı vəzifəsinə yeni namizədin adı hələlik naməlumdur.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Rik Perrinin vəzifəsindən istefa verəcəyi barədə məlumat yayılıb. "Politico" qəzeti bildirib ki, ABŞ-ın energetika naziri yaxın günlərdə vəzifəsindən istefa verə bilər. Nəşr qeyd edib ki, Perrinin mayda prezident Vladimir Zelenskinin inaqurasiyasında iştirak etmək üçün ABŞ-ın nümayəndə heyətinin başçısı kimi Ukraynaya səfəri onu impiçment işi çərçivəsində işinin araşdırılmasına səbəb olub.

 

Müəllif: Ayna.az