"/>

Mövlud Çavuşoğlu: <font color=red> "Çıxmasalar, əməliyyat davam edəcək”</font>

Dünya

21.10.2019 - 12:30

"Bizim üçün YPG ilə İŞİD eynidir”

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT World Forum”unda çıxışı zamanı ABŞ ilə Türkiyənin gəldiyi 120 saatlıq razılaşma ilə bağlı qiymətləndirmə aparıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Çavuşoğlu əməliyyatın 35 saatlıq dayandırıldığını və YPG terrorçularının geri çəkilməyəcəyi təqdirdə əməliyyatın davam edəcəyini söyləyib.

 

“Türkiyədən 360 mindən çox suriyalı terrorçulardan təmizlədiyimiz iki bölgəyə geri qayıdıb. Bölgəni etibarlı  vəziyyətə gətirməyə çalışarkən, ABŞ YPG-ni silahla təmin etməyə davam etdi. Müttəfiqlərimizin dəstəyini görə bilmədikdə, bunu təkbaşına etməli olduq. Suriyanı işğal etmirik. Suriyanın ərazi bütövlüyünə hər kəsdən daha çox əhəmiyyət veririk. Biz yox, YPG oradakı demoqrafik quruluşu dəyişdirməyə çalışır”, - deyə Çavuşoğlu .

 

Xarici İşlər naziri Mövlud Çavuşoğlu onu da bildirib ki, dinc insanlara zərər verməmək üçün yalnız terrorçuların hədəfə alındığı “Sülh çeşməsi” əməliyyatının başladığı gündən etibarən gerçək olmayan ittihamlar və qara piar aparılıb: “Türk-kürd deyilməsi çox səhvdir. Kürdlər bizim düşmənimiz deyil. Şimali İraqla da çox yaxşı əlaqəmiz var və 350 min suriyalı kürdə Türkiyə ev sahibliyi edir. Bizim üçün həm YPG, həm də İŞİD eynidir”.

 

“Danışıqlara əsasən, təhlükəsiz zonaya Türkiyə ordusu nəzarət edəcək. YPG terrorçularına geri çəkilmək üçün 120 saat vaxt verilib. Bütün YPG/PYD terrorçuları ərazidən çəkilsə, əməliyyatı dayandıra bilərik. Türkiyə silahlı qüvvələri və kəşfiyyat bölmələri bu razılaşmaya nəzarət edir və terrorçuların atəşləri davam edir. Əlbəttə ki, terrorçuların atəşlərinə cavab veririk. YPG/PYD terrorçuları nəzarət etdiyimiz bölgələri tərk edir. 35 saat vaxt qalıb, çıxmasalar, əməliyyat davam edəcək”, - deyə Çavuşoğlu vurğulayıb.

Müəllif: Ayna.az