Fransada COVID-19 daha 11 nəfərin həyatına son qoyub

Dünya

25.06.2020 - 06:27

Xəstəxanalarda baş verən ölüm hallarının sayı 19 243-dür

 

Fransada bir gündə koronavirusdan 11 insan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə “Franceinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, Qərbi Avropa ölkəsində COVID-19-dan ölüm hallarının ümumi sayı 29 731-ə çatıb.

 

Məlumata görə, xəstəxanalarda baş verən ölüm hallarının sayı 19 243-dür, tibbi-sosial müəssisələrində ölüm hallarının sayı 10 488-dir.

 

Son 24 saatda koronavirusa 97 yeni yoluxma təsdiq edilib. Hazırda 9 299 koronavirus pasiyenti xəstəxanalardadır.

Müəllif: Ayna.az