Amerika Türkiyəyə qarşı qondarma “soyqırımı” silahını işə salır

Dünya

30.10.2019 - 11:50

Mövlud Çavuşoğlu: “Bu, həqiqətən də utancverici bir qərardır”

 

ABŞ Nümayəndələr Palatası qondarma “erməni soyqrımı” iddialarını tanıyan qətnamə layihəsinin qəbul edilməsinə qərar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qətnamə səsverməyə çıxarılandan sonra, 11 nəfər qərarın əleyhinə, 405 nəfər isə leyhinə səs verib. Qanun layihəsinin tezliklə ABŞ Senatında səsə qoyulacağı gözlənilir.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qətnamənin qəbul edilməsinə sərt reaksiya verib: “Bu, həqiqətən də utancverici bir qərardır”.

 

Çavuşoğlu “Twitter” hesabındakı paylaşımında qərarın qərəzli olduğunu qeyd edib: ““Sülh Çeşməsi” əməliyyatı ilə bir çox oyunların qarşısını aldıq. Bizdən bu tərzdə qisas alacaqlarını düşünürlər. Bu müddəanın Türkiyə üçün heç bir dəyəri yoxdur”.

Müəllif: Ayna.az