Fransada bir gündə 27 nəfər koronavirusdan ölüb

Dünya

12.06.2020 - 03:46

Fransada koronavirusla bağlı son vəziyyət açıqlanıb 


Fransada koronavirus infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb.

 

AYNA xarici mətbuata  istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkədə ümumilikdə 103 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 72 149nəfər müalicə olunaraq sağalıb, 29 346 nəfər vəfat edib.

 

Bildirilib ki, 11 465 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 903 nəfərin vəziyyəti ağırdır.

Müəllif: Ayna.az