Slovakiyanın Baş naziri beş saat əməliyyat masasında qalıb

Dünya

16.05.2024 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

Fitsonun əməliyyatını iki tibbi briqada - cərrahlar və travmatoloqlar həyata keçirib

Slovakiyanın Baş naziri Robert Fitso əməliyyat masasında 5 saat qalıb. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bunu Banska Bistricadakı Ruzvelt xəstəxanasının direktoru Miriam Lapunikova deyib.

“Robert Fitsonun əməliyyatı beş saat davam etdi. Bunu iki tibbi briqada - cərrahlar və travmatoloqlar həyata keçirib. Xəstə odlu silahdan çoxsaylı yaralar alıb”, - deyə həkim bildirib.

Qeyd edək ki, ötən gün Fitso hökumət iclasından çıxandan sonra ona 71 yaşlı Slovakiya vətəndaşı tərəfindən beş dəfə atəş açılıb. Güllələrdən üçü Baş nazirə tuş gəlib. Atəş açan şəxs yerindəcə saxlanılıb. Fitso isə xəstəxanaya aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş