Güllələnən Baş nazirin vəziyyəti kritikdir

Dünya

16.05.2024 - 11:41

Həkimlər Klinikalar SEO Xidməti

“Həkimlər Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyətini stabilləşdirə biliblər, lakin vəziyyəti hələ də çox ağırdır”

“Həkimlər Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyətini stabilləşdirə biliblər, lakin vəziyyət hələ də çox ağırdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ölkənin müdafiə naziri Robert Kalinyak deyib.

“Gecə ərzində həkimlər onun vəziyyətini stabilləşdirə biliblər və bu dəqiqələrdə onun vəziyyətini yaxşılaşdıracaq əlavə tədbirlər görülür. Vəziyyəti həqiqətən də ağırdır”, - nazir qeyd edib.

Nazirin sözlərinə görə, hücum zamanı aldığı yaraların mürəkkəbliyinə görə Slovakiyanın Baş nazirinin vəziyyəti kritikdir. O, siyasətçinin həyatı üçün mübarizə aparan tibb işçilərinə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Fitso hökumət iclasından çıxandan sonra ona 71 yaşlı Slovakiya vətəndaşı tərəfindən beş dəfə atəş açılıb. Güllələrdən üçü Baş nazirə tuş gəlib. Atəş açan şəxs yerindəcə saxlanılıb. Fitso isə xəstəxanaya aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş