Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb

Hadisə

16.05.2024 - 21:49

Həkimlər Klinikalar SEO Xidməti

Araşdırma zamanı onların nağd pul və tütün məmulatları oğurladıqları müəyyən edilib

Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayonun Nəsimi kəndində yerləşən mağazadan 1300 manat nağd pul və əlavə olaraq danışıq kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törədən 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların Günəşli kəndi ərazisindəki digər bir mağazadan da nağd pul və tütün məmulatları oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş