Perunun daxili işlər naziri istefa verib

Dünya

17.05.2024 - 00:20

Həkimlər Klinikalar SEO Xidməti

Qərarın səbəbləri barədə məlumat verilməyib

Perunun daxili işlər naziri Valter Ortis Akosta istefa ərizəsini yazıb. AYNA xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Radionun istinad etdiyi adıaçıqlanmayan mənbənin sözlərinə görə, bu qərarın səbəbləri barədə məlumat verilmir.

Xatırladaq ki, Akosta daxili işlər naziri təyin olunduqdan 1,5 ay sonra istefa ərizəsini yazıb. Mənbələr, həmçinin Perunun yeni DİN başçısının ən qısa zamanda – elə cümə axşamı təyin ediləcəyini də bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş