“İndi Berlin divarı yıxılandan bəri dünyanın ən qeyri-sabit vaxtıdır”
“ABŞ beynəlxalq qeyri-sabitliyə görə milli müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır. AYNA xəbər verir ki, bu barədə “The New York Times” xəbər yayıb.
Senatdakı Respublikaçılar Partiyasının lideri Mitç Makkornel deyib: “İndi Berlin divarı yıxılandan bəri dünyanın ən qeyri-sabit vaxtıdır. Müdafiə xərcləri ölkəmizin ehtiyaclarını əks etdirməlidir”.
Senator hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılmasında israrlı olduğunu da vurğulayıb.