Etirazlar davam edir, Baş Nazir istefa verəcək

Dünya

29.10.2019 - 18:00

Bu iddiadan qısa müddət sonra Hariri cəbhəsindən izahat gəlib

 

Livandakı iqtisadi böhrana və korrupsiyaya qarşı etirazlar tam sürətlə davam edir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar Baş Nazir Haririnin istefasını tələb edirlər.

 

Baş Nazir Saad Haririnin rəhbərlik etdiyi blokun rəsmiləri bildirib ki, hökumət gün ərzində istefasını elan edəcək.

 

Bu iddiadan qısa müddət sonra Hariri cəbhəsindən izahat gəlib.

Son dakika… Olayların durulmadığı Lübnan’da çarpıcı iddia: Hariri istifa edecek

Belə ki, Livan Nazirlər Kabinetinin “Twitter” hesabında Haririnin istefa verəcəyi açıqlanıb.

 

Qeyd edək ki, oktyabrın 19-da Livanda hökumət əleyhinə nümayişlər başlayıb və hökumətin istefası tələb olunur.

Müəllif: Ayna.az