Rusiya ABŞ seçkiləri üçün ən aktiv xarici təhlükə olaraq qalır

Dünya

16.05.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

“Amerika seçkilərinə təsir etmək istəyən xarici qüvvələrin və qeyri-dövlət strukturlarının sayı artır”

“Amerika seçkilərinə təsir etmək istəyən xarici qüvvələrin, o cümlədən qeyri-dövlət strukturlarının sayı artır. Onların arasında Rusiya, Çin və İran ən önəmli yer tutur”. AYNA “Reuters”ə istinadən bildirir ki, bu sözləri ABŞ Senatının Kəşfiyyat Komitəsində keçirilən dinləmələrdə Milli Kəşfiyyatın direktoru Avril Hayns deyib.

Hayns bildirib ki, Rusiya ABŞ seçkiləri üçün ən aktiv xarici təhlükə olaraq qalır: “Rusiya hökumətinin bu cür təsir əməliyyatlarında məqsədlərinə adətən ABŞ-ın demokratik təsisatlarına inamı sarsıtmaq, ABŞ-da ictimai-siyasi parçalanmaları gücləndirmək və Qərbin Ukraynaya dəstəyini zəiflətmək daxildir”.

ABŞ kəşfiyyat agentlikləri Kremlin dəstəklədiyi qurumların Donald Trampın 2016-cı ildə qalib gəlmə şansını artırmağa çalışdığına inandıqdan sonra Konqresin komitələri xaricilərin, xüsusən də Rusiyanın Amerika ictimai rəyinə təsir cəhdləri ilə bağlı hesabatları araşdırmağa başlayıb.

Hayns bildirib ki, hökumətin seçkiləri qorumaq səyləri 2016-cı il prezident seçkilərindən sonra daha effektiv olub.

Çərşənbə günü keçirilən dinləmələr komitənin 2024-cü il ABŞ seçkiləri ilə bağlı ilk ictimai dinləməsi olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş