Popuaşvili: “Onlar Gürcüstan hakimiyyətini devirmək cəhdinə yardım edirlər”

Dünya

16.05.2024 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan Parlamentinin spikeri İslandiya, Litva və Estoniyanın XİN başçılarını ittiham edib

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili İslandiya, Litva və Estoniyanın xarici işlər nazirlərini rus təbliğatçıları ilə müqayisə edib, onları ölkədə hökuməti devirmək cəhdinə şərait yaratmaqda ittiham edib. AYNA gürcü mediasına istinadən bildirir ki, Papuaşvili “Xarici agentlər haqqında” qanunun geri götürülməsi tələbi ilə Tiflisdə genişmiqyaslı mitinqdə nazirlərin çıxışını bu cür qiymətləndirib.

“Xarici siyasətçilərin Tiflisdə hökumət əleyhinə radikal mitinqlərdə iştirakı təkcə gürcü xalqına qarşı qeyri-dost hərəkət deyil. Bu, həm də Rusiya hökumətinin dünyagörüşünün bir hissəsini özünün ən israrlı rəqiblərinə, xüsusən də Baltikyanı dövlətlərə necə həvalə etməsinin bir əlamətidir. Radikal müxalifət partiyalarının rəhbərlik etdiyi aqressiv gənclərin hökumət əleyhinə mitinqində çıxış edərək onları “bütün xalq” adlandırmaq Sovet və ya Rusiya təbliğatçısından gözləyə biləcəyiniz bir şeydir, lakin Aİ üzvü olan ölkənin xarici işlər nazirindən deyil”, - spiker vurğulayıb.

Popuaşvili qeyd edib ki, Gürcüstan hökuməti Avropa və Avro-Atlantika dəyərlərinə və siyasətlərinə sadiqliyini çoxdan sübut edib: “Bu gün geosiyasi qeyri-sabitlik Gürcüstanın NATO-ya qoşulma perspektivini əldə edilməyən vəziyyətə saldığı bir vaxtda, ölkə hakimiyyəti ciddi xarici problemləri əsasən təkbaşına həll etməlidir. Bu problemlərdən biri də radikal qruplar da daxil olmaqla Gürcüstanın siyasi sisteminə sərbəst şəkildə daxil olan hesabatsız xarici pullardır. Xarici təsirlərin şəffaflığına dair yeni qanunvericilik bu problemi həll etmək məqsədi daşıyır”.

Gürcüstan Parlamentinin spikeri iddia edir ki, onların təşəbbüsü “Qərbdə presedentlərə malikdir, konstitusiya, proporsional və demokratik idarəçilik çərçivəsindədir”. Papuaşvilinin sözlərinə görə, yalnız “bu qanundan təsirlənənlər” ona “radikal və qəddarlıqla” qarşı çıxırlar.

“Gürcüstanın suverenliyinə və “demokratiya və insan haqları” adı altında diplomatik praktikasına açıq-aşkar etinasızlıqla yanaşan xarici dövlətlərin bu etirazlara qoşulması ən yaxşı halda ikiüzlülük, ən pis halda isə təxribatdır. Gürcüstana ikiüzlülük və təxribat yox, dostlar və dəstək lazımdır”, spiker o əlavə edib.

Qeyd edək ki, İslandiya, Litva, Estoniya və Latviyanın xarici işlər nazirləri “Xarici agentlər haqqında” qanunu müzakirə etmək üçün mayın 15-də Tiflisə gəliblər. Onlar Prezident Salome Zurabişvili, Baş nazir İrakli Kobaxidze və spiker Papuaşvili ilə danışıqlar aparıblar.

Mayın 15-i axşam saatlarında İslandiya, Litva və Estoniyanın XİN başçıları Gürcüstan Parlamenti yaxınlığındakı səhnədən minlərlə insanın etiraz mitinqinin iştirakçılarına müraciət ediblər. Onlar öz hökumətləri adından ölkənin gələcəyini Aİ və NATO-nun tərkibində istəyən və ölkənin Rusiyaya üz tutmasından qorxaraq küçələrə çıxan gürcü xalqına dəstək ifadə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş