20 yaşlı əsgərin meyiti kirayə yaşadığı mənzildə aşkar edilib
Ermənistanın Gümrü şəhərində Rusiya əsgərinin meyiti tapılıb. AYNA xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin məlumatına görə, Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının 20 yaşlı əsgərinin meyiti kirayə yaşadığı mənzildə aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Onun hansı şəraitdə öldüyü məlum deyil.
Qeyd edək ki, Rusiyanın 102 saylı hərbi bazası 1995-ci ildə imzalanmış müqaviləyə əsasən Ermənistanın Gümri şəhərində yerləşir. 2010-cu ildə müqavilənin müddəti 2044-cü ilədək uzadılıb.