“Twitter” jurnalistlərin hesabını bağladı

Dünya

13.09.2019 - 12:43

Sosial media şirkətinin bu həmləsi Kuba Dövlət Başqanı Migel Diaz Kanelin xalqa etdiyi müraciətindən sonra başlayıb

 

“Twitter” sosial şəbəkəsi Kuba dövlət mediasında çalışan onlarla jurnalistin hesablarını bağladığını açıqlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, agentlik bununla bağlı, “Şirkətimizin platformalarında istifadəçilərin birdən çox hesab açıb qarşılıqlı əlaqəni manipulyasiya etməsini əngəlləyən bir siyasətimiz var” – deyə qeyd edib.

 

Sosial media şirkətinin bu həmləsi Kuba Dövlət Başqanı Migel Diaz Kanelin xalqa etdiyi müraciətindən sonra başlayıb. Belə ki, o, “ABŞ-ın etdiyi sanksiyalar səbəbi ilə, ölkəmizdə artıq enerji böhranı yaşanmağa başlayıb” - deyə xalqa müraciətində bildirib.

 

Diaz Kanel “Twitteri”in  Kubaya məxsus hesabları bağlamasına da münasibət bildirib: ““Twitter”in bu addımı açıq şəkildə planlaşdırılmış, Kuba qurumlarının və vətəndaşlarının ifadə azadlığını məhdudlaşdırmaq və inqilab liderlərini susdurmaq məqsədi daşıyır”.

Müəllif: Ayna.az